AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Təbriz və Urmiyədə ‘Türk dilinin tədrisi’ namizədlərin gündəmində
28/04/2016 Yazdır

İranda parlament seçkilərinin ikinci mərhələsi aprelin 29-da keçiriləcək.

İran Azərbaycanının seçki məntəqələrində, xüsusilə Təbriz və Urmiyə kimi böyük şəhərlərdə aprelin 29-da keçiriləcək İranın parlament seçkiləri ikinci mərhələsinin namizədlərinin bir çoxu seçildikləri təqdirdə türk dilində təhsil haqqı tələbini əsas prioritetlərindən biri edəcəklərini ifadə edirlər.

Mühafizəkar (usulgera) və islahatçı cərəyanlar tərəfindən dəstəklənən eləcə də, müstəqil namizədlər bu vədlərini seçki kampaniyaları, debatlar, nitqlər, bəyanatlar və qəzetlərə müsahibələrində dilə gətirilər.

İSNA xəbər agentliyinə müsahibədə “İran televiziyasında türk dilində 24 saatlıq kanalın açılması” istiqamətində fəaliyyət edəcəyini qeyd edən Təbrizdən seçkilərə namizəd Şəhabəddin Bimiqdar türk dilinin məktəblərdə tədris edilməsinin Təbriz islahatçılarının əsas prioritetlərindən olduğunu vurğulayıb.

“Türk dilinin tədrisi Azərbaycan əhalisinin önəmli tələbidir və Türk Dil Qurumunun təsisi məsələsi ilə bərabər gələcək parlamentdə gündəmə gəlməlidir,” deyə Bimiqdarın sözləri mətbuatda yayılıb.

Qadınlar və gənc nəslin namizədi olduğunu söyləyən digər təbrizli namizəd Zəhra Sai də qadınların tələbləri ilə bərabər ana dili ilə bağlı tələblərə də diqqət yetirəcəyini deyib.

Xanım Sai prezident Həsən Ruhaninin Türk Dil Qurumunun təsisinə dair sözünü önə çəkərək şəraitin normallaşması ardından bu vədin həyata keçiriləcəyini irəli sürüb və seçildiyi təqdirdə məclisdə bu məsələni təqib edəcəyini qeyd edib.

Təbrizin mühafizəkar namizədlərindən Məhəmmədrza Mir Tacəddini isə mətbuata müsahibədə “türk dilinin tədris edilib qorunmasının zəruri olduğunu” vurğulayıb.

Təbriz - İslahatçıların seçki mitinqi

Urmiyədə türk dilində təhsil tələbi həm usulgera namizəd Ruhullah Həzrətpur həm də islahatçı Hadi Bahadırinin gündəmindədir.

Keçən günlərdə Urmiyənin Qazi Təbatəbai Texniki Peşə Məktəbində iki namizəd arasında debat keçirilib. Debatda tələbələrin suallarını cavablayan urmiyəli siyasətçilər ana dili hüquqları və kimlik məsələsinin önəmli olduğunu ifadə ediblər.

Ainanews internet qəzetinə istinadən, türk dilində keçirilən debatda türk dilini tam bilmədiyini söyləyərək sualını fars dilində verən tələbəyə Hadi Bahadıridən təpki gəlib. “Türk dilini öyrənin. Çünki, bu bir bacarıqdır,” deyə Bahadıri söyləyib.

Azərbaycanlı kürd namizədlər də seçki kampaniyalarında ana dilinin tədrisi tələbini gündəmə gətirirlər.

İran Parlamenti (İranın İslami Şura Məclisi) 290 deputatdan ibarətdir. 10-cu dövr seçkilərinin birinci mərhələsində məclisə daxil olacaq millət vəkillərinin əksəriyyəti müəyyənləşib. İkinci mərhələdə isə 136 namizəd arasından 68 deputat seçiləcək.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft