AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Təbrizin 3 millət vəkilindən Təhsil nazirinə etiraz
18/07/2018 Yazdır

İranın Təhsil nazirinin məktəblərdə fars dilinin tədrisini qırmız xətt adlandıraraq qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulaması  geniş etirazlara səbəb olub.

Məlumata görə, məsələyə Təbrizin millət vəkilləri Məhəmməd İsmail Səidi, Zəhra Sai və Məhəmməd Hüseyn Fərhəngi münasibət bildirərək nazirin açıqlamasını əsassız adlandırıb, türk dilinin tədrisinə başlanılmasını tələb ediblər.

Məhəmməd İsmail Səidi

“Bizim ölkəmizdə müxtəlif etniklər yaşayır. Onlar əsrlər boyu birlikdə yaşayıblar. Lakin bu birlik o zamanadək davam edə bilər ki, bütün qövmlərin kimliyi qorunub saxlanılsın. Bu zəmində hər hansı yanlışlığa yol vermək olmaz. Bu sözlərin təhsil nazirinə aid olmadığına ümid edirəm. Bizim ondan başqa gözləntimiz var.

Amma nazir bu sözləri deyibsə, o zaman sözünü geri almalıdır. Şübhəsiz ki, digər millət vəkilləri də bu məsələyə münasibət bildirəcəklər. Bu işlər belə davam edə bilməz”- deyə Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün (Üşkaya) İran parlamentindəki millət vəkili Məhəmməd İsmail Səidi “Anac” xəbər agentliyinin müxbirinə deyib.

Təbrizin digər millət vəkili Zəhra Sai də oxşar açıqlama ilə çıxış edib.

Zəhra Sai

Bu barədə “Nəsr News”a danışan millət vəkili nazirin son sözlərini çiy və düşünülməmiş açıqlama adlandırıb.

“Əhalinin əsas tələblərindən biri ana dilinin tədris olunmasıdır. Biz bunu dəfələrlə gündəmə gətirmişik. Bu məsələ ölkə konstitusiyasının 15 və 19-cu maddələrində də öz əksini tapıb.

Hər millətin kimliyi onun ana dili ilə formalaşır. Kimsə bunu əhəmiyyətsiz bir məsələ kimi qələmə verə bilməz. Ölkədə yaşayan bütün qövmlər bizim zənginliyimizdir, bu qövmlərin dərin mədəniyyətləri var. Türk dili olduqca zəngin və fəsahətli dildir, bu dil mütləq qorunub saxlanılmalıdır.

Hesab edirəm ki, cənab Bəthayinin qırmızı xətti heç bir əhəmiyyət kəsb etmir. Bizim qırmızı xəttimiz ölkə konstitusiyasıdır. Lakin görünür ki, hörmətli naziri bu çiy sözləri ilə konstitusiyanı da görməzdən gəlir”- deyə Zəhra Sai sözlərinin bir hissəsində qeyd edib.

Azərbaycanlı millət vəkili sözlərinin sonunda təkidlə bildirib ki, “təhsil naziri türk dilinin tədrisi üçün şərait yaratmasa nazirə parlamentdə sual ünvanlanacaq, o millət vəkillərinin qarşısında cavabdehlik daşıyacaq.”

Təhsil nazirinin qeyri-fars dillərinə qarşı açıqlamasına etiraz edən millət vəkillərindən biri də Təbriz, Azərşəhr və Üskünün millət vəkili Məhəmməd Hüseyn Fərhəngidir.

Məhəmməd Hüseyn Fərhəngi

Bu barədə “İsna” xəbər agentliyinə danışan millət vəkili məktəblərdə türk dilinin tədris olunmasını ölkə konstitusiyasına uyğun olduğunu deyib.

“Təhsil Nazirliyi ana dilinin məktəblərdə tədris olunmasına qadağa qoya bilməz. Ona görə ki, bu qərar konstitusiyanın 15-ci maddəsinə zidd olar. Türk dilinin  məktəblərdə tədris olunması və türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması əhalinin əsas tələblərindən biridir. Prezident Həsən Ruhani də bu iki tələbin təmin edilməsi haqda vəd vermişdir, lakin təəssüflər olsun ki, 6 ildir verilən vəd yerinə yetirilmir”- deyə Məhəmməd Hüseyn Fərhəngi açıqlamasının bir hissəsində qeyd edib.

İyulun 14-də İranın Təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin qadağan olduğunu vurğulayaraq məktəblərdə fars dilinin tədris olunması məsələsini “sistemin qırmızı xətti” adlandırmışdır.

O bu barədə Təhsil Nazirliyi rəsmilərinin İsfahanda keçirdiyi iclasda çıxış edərkən danışıb.

“Bəzi məntəqələrdə şagirdlərə yerli dildə dərs keçilir. Bu olduqca təhlükəli məsələdir. Uşaqlar yerli dilləri ailələrdə öyrəndikləri üçün ölkənin rəsmi dilini də məktəblərdə mütləq öyrənməlidilər.

Əslində ikidilli məktəblərdə şagirdlər məktəbin mühitində yerli dili öyrənir, fars dilini isə yalnız dərs otağında öyrənə bilərlər. Ona görə də şagirdlərə fars dilində dərs keçmək və farsca danışmaq bizim qırmızı xəttimiz sayılır. Məlum olduğu kimi, ikidilli məntəqələrdə müəllim şagirdlə daha yaxşı irtibat qurmaq üçün yerli dildən də istifadə edir. İstənilən halda fars dili ölkənin birliyini təmin edən dil kimi bütün məktəblərdə istifadə olunmalıdır”- deyə nazir vurğulamışdır.

Soydaşlarımız nazirin bu açıqlamasına kəskin etirazlarla cavab veriblər.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft