AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Bakı Təhsil İdarəsində Türkiyə nümayəndə heyəti ilə görüş   •   Məmmədyarov Moskva görüşünün detallarını açıqladı: “Biz belə bir razılığa gəldik ki,...”  •   Komitə sədri: Azərbaycanda qadın din xadimlərinə ehtiyac getdikcə artır  •   Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib  •   “Biz Təbrizi ortaq dil və ustad Şəhriyara görə çox sevirik”  •   Azərbaycanda zəlzələ oldu  •   Rusiya və Türkiyənin bir-birindən şübhəsi təbiidir, çünki...  •   Paşinyan: “Cəmiyyətlərimizi müharibəyə yox, sülhə hazırlamalıyıq”  •   Güləşçimiz Şərif Şərifov Avropa çempionu olub  •   Türkiyə XİN: İtaliya parlamentinin qərarı heç bir qüvvəyə malik deyil  •   Elinanın ölümü ilə bağlı hadisə Prezidentin şəxsi nəzarətindədir  •   Amnesty İnternational: “İranda edam hökmləri ədalətsiz məhkəmə qərarları əsasında icra edilir”  •   Elinanın intiharı: Hüquq-mühafizə orqanlarının rəyindən sonra Dövlət Komitəsi mövqeyini açıqlayacaq  •   Tehranda divarlara Abbas Lisaninin azadlığını tələb edən şüarlar yazılıb  •   İstanbul hava limanı təyyarə yanacağını SOCAR-dan alacaq  •   Beynəlxalq İşçi Qrup: Şahbaz Quliyevin azad edilməsi müzakirə oluna bilər  •   Ərəb turistlər Azərbaycandan niyə "küsdü"? - Açıqlama  •   Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib  •   Əhməd Rəsmi Əfəndinin “Xülasətül-etibar” əsəri haqqında kitab nəşr olunub   •   Azərbaycanlı çempion qazandığı medalları selə məruz qalan türkmənlərə bağışlayıb  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» “Tabora xəbər yayıldı ki, bir zabit bölüyünə əsgər seçməyə gəlib” - Raquf Orucov haqda XATİRƏLƏR
03/04/2019 Yazdır

Aprel döyüşlərindən bir neçə ay keçmişdi. Növbəti sinif təşkilat saatını Aprel döyüşlərinə həsr etmişdim. Aprel şəhidlərindən əfsanəvi kəşfiyyatçı Raquf Orucovu şəxsən tanıdığımdan onun qəhrəmanlıqları, şəxsi keyfiyyətləri haqqında böyük qürur və iftixar hissi ilə xeyli danışdıqdan sonra şagirdlərin ilk sualı belə oldu:      

- Müəllim, bəs niyə Raquf Orucov Azərbaycanın Milli Qəhrəmanı deyil?     

Heç düşünmədən: 

- Raquf Orucov mənim üçün 20 ildir Azərbaycanın Milli Qəhrəmanıdır,-dedim.

1997-ci ilin yayı idi. Batareya komandirinin əmri ilə xidmət etdiyim mövqedən düşüb batareyanın qərargahına gedirdim. Qərargahımız kəşfiyyat bölüyünün qərargahı ilə yanaşı idi. Şəhərciyə yoldan bir neçə cığır qalxırdı. Cığırlardan biri kəşfiyyat bölüyünün ərazisindən keçirdi.

Komandir əlində dəsmal həyətin ortasında dayanmışdı. Bu 3-4 aydan sonra onunla ikinci görüşümüz olacaqdı. İlk tanışlığımız isə 3-4 ay qabaq, aprelin əvvəllərində olmusdu.

Üç aylıq karantin müddətini başa vuraraq taborlara bölünməyimizə bir neçə gün qalmışdı. Tabora xəbər yayıldı ki, öz bölüyünə əsgər seçmək üçün bir zabit gəlib. Adı Raqufdur.

Doğrusu, karantindən sonra hansı taborda xidmət edəcəyimiz hamımızı maraqlandırırdı. Ona görə də gələn zabitin kimliyini və hansı bölüyün komandiri olduğunu müharibə iştirakçısı olan, 1993-1994-cü ildən Murovdağ istiqamətində döyüşən çavuşlarımız Kamal və Aqşindən (Hər ikisinin soyadı Həsənov idi) soruşduq. Çavuşlarımızın söylədiklərindən öyrəndik ki, bu gənc zabit hərbi hissənin ən hörmətli zabitlərindən biri, məşhur kəşfiyyatçı Raquf Orucovdur.

Öz bölüyünə əsgər seçmək üçün gələn bu orta boylu, arıq bədənli, xoş simalı, mavi (bəlkə də yaşıl) gözlü gənc zabit bizi başına yığaraq xeyli söhbətləşmiş, bizə müxtəlif suallar vermiş və nümayiş etdirdiyimiz idman hərəkətlərinə tamaşa etmişdi. Bəzi əsgərlərlə ayrıca söhbətləşmiş, adlarımızı öyrənmişdi. İki-üç gün sonra Raquf bir də gəldikdə mənimlə belə bir dialoqu olmuşdu:

- Yaşar, gəl keçirim səni “razvetkaya”. Mən əsgərlərimə yaxşı baxıram. Bir aya kökəldəcəm səni.

Mən doğrudan da çox arıqlamışdım və özümü heç də yaxşı hiss etmirdim. Ona görə də kəşfiyyat bölüyü kimi ciddi və məsuliyyətli bir yerdə xidmətə can atmırdım. Odur ki Raqufa:

- Fikirləşərəm, komandir,-dedim.

Raquf isə:

- Nəyi fikirləşəcəksən? Fikirləşməyə vaxt yoxdur. Siz artıq bölünürsünüz,-demişdi.

O vaxt həm mənə, həm də digər əsgərlərə Raqufun adımızla müraciət etməsi xeyli qəribə gəlmişdi. Çünki 2-3 gün öncə adını soruşduğu 10-15 əsgərin hamısının adını əzbərləmişdi.

Əlində dəsmal həyətin ortasında dayanan komandirə yaxınlaşdım:

- Salam komandir, necəsiniz?

Əlimi sıxaraq düşüncəli baxışlarla üzümə baxdı. Xatırlamağa çalışdı. Köməklik üçün:

- Yaşar...Vüqargillə (Vüqar, Rüfət, Azər- mənim karantin yoldaşlarım, Raqufun sevimli əsgərləri) karantində bir yerdə olmuşuq.

Dərhal hər şeyi xatırladı:

- Sən hələ kökəlməmisən?

Harada xidmət etdiyimi soruşdu.

- Cəbinin əsgəriyəm,- dedim. (Siyəzənli Cəbi - Raqufun ən yaxın dostu, hərbi hissədəki ən hörmətli zabitlərdən biri, Cəbini soruşdu.

Sonra çoxdan görüşmədiyim karantin yoldaşlarım- Azər, Vüqar və Rüfətlə görüşüb hal-əhval tutduq. Sağollaşıb ayrılanda Raquf zarafatla:

- Yaşar, o vaxt sənə dedim ki, gəl götürüm səni “razvetkaya”. Bizi bəyənmədin. İndi bax, Cəbi sənə çörək vermir.

Sonralar tez-tez görüşsək də, özümü onun əsgəri olmaq xoşbəxtliyindən məhrum etdiyim üçün təəssüflənərdim. Ancaq Raquf bizim blindajda hər gün xatırlanardı. Çünki mən Cəbinin əsgəri idim. Cəbi isə Raqufun ən yaxın dostu idi. Raqufun xətrini dünyalar qədər istəyirdi. Raquf haqqında həmişə böyük həvəslə, iftixarla, fəxrlə danışırdı.

Hər dəfə qərargaha çağırılanda və ya yolumuz oralara düşəndə özümü Raqufla görüşmək şərəfindən məhrum etməzdim.

Onu tanıyanların hamısı ona böyük hörmət bəsləyirdi. O, 25 yaşında hərbi hissədəki ən nüfuzlu zabitlərdən biri idi. Raquf bir çox uğurlarına da biz hərbi xidmətdə olarkən imza atıb. Biz onun bir çox uğurlarının və təltiflərinin də şahidiyik. Amma nədənsə Raquf mənim yaddaşımda daha çox səmimiyyəti, yüksək təmkini, gülər üzü, xoş siması, dürüstlüyü və əsgərlərinə olduqca qayğıkeş münasibəti ilə qalıb. O,əsgərlərinə şəxsiyyət kimi yanaşmağı bacaran zabitlərin birincisi idi. Raquf hamının etibarini və inamını qazana bilmişdi. Onu tanıyan əsgərlər problemlərini asanlıqla ona deyə bilirdilər. O, Murova gəldiyindən az sonra hamının doğmasına çevrilə bilmişdi.

Yaxşı yadımdadır, 1998-ci ilin yayı idi. Batareyamız təlimə getməyə hazırlaşırdı. Qərargahda toplanmışdıq. Kifayət qədər uzağa gedəcəkdik. Nə üçünsə bizə pul lazım olmuşdu. Heç tərəddüd etmədən borc üçün Raqufun üstünə getmişdik. Təbii ki, o, bizi əliboş qaytarmamışdı.

Aprel döyüşlərinin növbəti ildönümündə əfsanəvi kəşfiyyatçı, onu tanıyanların qəlbində (Artıq bütün xalqımızın qəlbində) taxt quran, 1997-1999-cu illərdə  hərbi xidmətdən tanıdığım Raquf Orucov haqqında bəzi xatirələrimi bölüşməyi özümə borc bildim.

VƏTƏN, TORPAQ “Murov qartalı” Raquf Orucovun amalı idi. O bu amalla yaşadı və bu amal uğrunda da bir gün ŞƏHİD oldu. Onun şəhadətiylə Azərbaycan Ordusu əfsanəvi kəşfiyyiatçısını itirdi. Əsgərləri sevimli komandirlərini, yaxınları ən əziz adamlarını itirdi. Ancaq Azərbaycan hərb tarixi şərəfli bir səhifə qazandı.

VƏTƏN EŞQİ məktəbi Raquf Orucovun adını ustadlar cərgəsinə yazdı. VƏTƏN TORPAĞI qəlbi vətən eşqi ilə, TORPAQ SEVGİSİ ilə döyünən bir vücudu bağrına basdı!                                                                                           

P.S.  Əziz komandirim, səni layiq olduğun ən yüksək fəxri ada təqdim etməkdə tərəddüd edənlər haradan bilsinlər ki, sən 25 yaşında adı dillərdə dolaşan bir əfsanə idin. Onlar haradan bilsinlər ki, sən hələ o zaman bizim üçün AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI idin!                                                              

Yaşar Qədirov,
Quba şəhər Valideyn Himayəsindən Məhrum olmuş Uşaqlar üçün tam orta İnternat Məktəbin müəllimi./modern.az/ 


+ Benzer Haberler
» Bakı Təhsil İdarəsində Türkiyə nümayəndə heyəti ilə görüş
» Komitə sədri: Azərbaycanda qadın din xadimlərinə ehtiyac getdikcə artır
» Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibini qəbul edib
» “Biz Təbrizi ortaq dil və ustad Şəhriyara görə çox sevirik”
» Azərbaycanda zəlzələ oldu
» Güləşçimiz Şərif Şərifov Avropa çempionu olub
» Türkiyə XİN: İtaliya parlamentinin qərarı heç bir qüvvəyə malik deyil
» Elinanın ölümü ilə bağlı hadisə Prezidentin şəxsi nəzarətindədir
» Amnesty İnternational: “İranda edam hökmləri ədalətsiz məhkəmə qərarları əsasında icra edilir”
» Elinanın intiharı: Hüquq-mühafizə orqanlarının rəyindən sonra Dövlət Komitəsi mövqeyini açıqlayacaq
» Tehranda divarlara Abbas Lisaninin azadlığını tələb edən şüarlar yazılıb
» Beynəlxalq İşçi Qrup: Şahbaz Quliyevin azad edilməsi müzakirə oluna bilər
» Ərəb turistlər Azərbaycandan niyə "küsdü"? - Açıqlama
» Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib
» Əhməd Rəsmi Əfəndinin “Xülasətül-etibar” əsəri haqqında kitab nəşr olunub
» Üç azyaşlı uşaqla Miçiqan Universitetində təhsil alan azərbaycanlı xanım
» Kəlbəcərsiz 26 il...
» Azərbaycan Müdafiə Nazirliyi: “Ermənistanın müdafiə naziri ABŞ-da pul dilənir”
» Azərbaycanda övladlığa götürülən uşaqların SAYI açıqlandı - Daha çox oğlanlardır
» Paşinyan Vyana görüşü barədə Putinə hesabat verdi


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.9202
 GBP :  2.2177
 TRY :  0.2949
 EUR/USD :  1.1295
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
27. Yılında Hocalı Soykırımı: Nedenler ve Sonuçlar
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Armenia’s Untimely Preconditions on Nagorno-Karabakh Conflict
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft