AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Tanınmış kardiocərrahdan hökumətə vacib təklif: Adambaşına 1 manat ödəməklə...
04/01/2017 Yazdır
Millət vəkili, tanınmış ürək-damar cərrahı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri Rəşad Mahmudov bunu musavat.com-un əməkdaşına açıqlaması zamanı deyib.
 
Azərbaycanda qəfil ölümlərin artmasının səbəbləri barədə danışan məşhur cərrah bildirib ki, ürək tutmaları əsasən də 40-60 yaş arasındakı insanların arasında geniş yayılıb. 
 
Ancaq R.Mahmudovun sözlərinə görə, müasir tibbin imkanlarından yararlanmaqla ölkəmizdəki qəfil ölümlərin statistikasını kəskin şəkildə azaltmaq olar:
 
“Dünyada təsdiqlənib ki, “stend or life” proqramından yararlanmaqla qəfil ölümlərin böyük bir hisəsinin qarşısını almaq tamamilə mümkündür. Çünki insan xərçəngdən qəfil ölmür. Qəfil ölümlərin ən birinci səbəbi ürək-damar xəstəlikləri-infarktlar və beyinə qan sızmaları, ani beyin qan dövranının pozulması - insultlardır. “Stend or life” – “yaşamaq üçün stendləmə” - həm ürək, həm beyin damarlarını bərpa etməyə imkan verir. Yəni damar tam tutulmaya getdiyi dəqiqədə xəstəni zamanında xəstəxanaya çatdıraraq iki saat ərzində damarın yolunun bərpa edilməsi lazımdır.
 
20 il bundan əvvəl dünyada belə bir texnologiya olmayıb. Amma artıq dünya bunu qəbul edib. Əsas məsələ o proqramı həyata keçirmək yox, onu zamanında həyata keçirməkdir. Yəni evdə proses başlandığı zaman xəstə təcili yardımla götürüləcək və xüsusi ratsiya sistemləri ilə bütün mərkəzlərə xəbər veriləcək, özü də xəstə adi bir xəstəxanaya yox,  stend qoyula biləcək bir məkana aparılacaq. Üstəlik, o məkanda artıq xəstə fikirləşməyəcək ki, mən bunun ödənişini edə biləcəyəm, ya yox, bu, dövlət tərəfindən maliyyələşəcək və o insanın həyatı geri qaytarılacaq.
 
Bu mənada artıq nəticələri bilinən “stend or life” proqramının ölkəmizdə də qəbul olunması çox faydalı olardı. Bu proqramın ölkəmizdə qəbul olunması ildə 15 minə yaxın kəskin infarkt xəstəsi olan insanların azı 90 faizinin həyata normal şəkildə qaytarılması, ailələrinin başında qalması deməkdir”. 
 
Həkimin dediyinə görə, kəskin infarktlar zamanı təcili müdaxilə insanın tamamən normal həyata qaytarılması deməkdir: “Söhbət təkcə ölüm riskindən qurtarmaqdan deyil, xəstənin heç bir zədə almadan normal həyatına geri dönməsindən gedir. Biz təcili yardım sistemlərinin qeydiyyatlarına baxdığımız zaman görürük ki, reallıqda kəskin infarktla, yəni kəskin koronar sindrom dediyimiz xəstəliklə ən azı 15-20 min insan var ki, həmin dəqiqələrdə onlara müdaxilə olunmadığına görə, ya əlilə dönür, ya kəskin infarkt keçirmiş xəstə halına gəlir, ya da həyatını itirir.
 
Deyilə bilər ki, bu, böyük bir rəqəm deyil. Amma biz hər an hər birimiz bu risklə üz-üzəyik və hər birimizin başına gələ bilər. Deməli, böyük bir rəqəmdir. Bu xəstələrin əksəriyyətini xilas etmək və həyata qaytarmaq mümkündür”.
 
R.Mahmudov Azərbaycanla Avropa ölkələri arasında da paralellik aparılmasına da toxunub: “Bu gün Avropada 85 yaşlı insanın velosiped sürdüyünü görəndə düşünməyək ki, o çox sağlam həyat sürüb, heç bir xəstəliyi olmayıb. Yox, sadəcə onlar 55-60 yaşlarında bu problemlərlə üzləşiblər, ürəkləri zədə almadan, bədəndə qalıcı deffekt qalmadan vaxtında bu problem həll olunub. Bir gün sonra həmin xəstəyə göstəriləcək yardımın mənası yoxdur, bu, yarımçıq və zərər görmüş bir bağçanı suvarmaq kimi bir şey olacaq”.
 
Kardioloqun sözlərinə görə, infarkdan sonra yaşayanların da çox hissəsi əlilə dönür və bu da əlavə problemdir:
 
“Ölkədə əlilliyin artmasının qarşısının alınması gələcək xərclərimizin azalması deməkdir. Dövlətçilikdə ən vacib məsələ insanın yaşamaq haqqıdır, bu, bütün konvensiyalarda öz əksini tapıb. Düşünürəm ki, bu proqramın başlanılması mühüm əhəmiyyət kəsb edir. Bütün ölkə üzrə “stend or life” proqramı həyata keçirildiyi zaman orta hesabla 15-20 milyon manta vəsait tələb olunur. Bu da adambaşına illik 1 manat xərc deməkdir. Yəni bu proqramın bir illik həyata keçirilməsi naminə hər vətəndaş üçün 1 manat ayrılması lazımdır.
 
Düşünürəm ki, bu gün hər bir insanın maaşının 10 manat artması o qədər effect verə bilməz, amma bu proqramla bağlı hər bir vətəndaş üçün 1 manat ortaya qoyulduğu halda, bunun faydası daha böyük olar. Ola bilər ki, hansısa vətəndaş bu problemlə üz-üzə gəlməz. Amma ən çox ölümə səbəb olan bu hadisənin qarşısının alınması yəqin ki, minlərlə ətrafdakı insane üçün çox mühümdür.
 
Dediyim kimi, bu hadisələr daha çox 40-60 yaşında insanları əhatə edir. Düşünən beyinlərin itkisi əslində ölkə üçün başqa bir problemdir. Bunun minlərlə nümunələri var”.
 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft