AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Tarix dərsliyindəki səhvə görə cəza TƏLƏB EDİLDİ - “Üzr istəmək yox, cavab vermək lazımdır”
09/10/2017 Yazdır

X siniflər üçün rusca nəşr olunmuş “Всеобщая история” (“Ümumi tarix”) dərsliyində yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan"ın əraziləri təsvir olunub. Xəritədə uydurma dövlətin ərazilərinə Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.

Təhsil Nazirliyi həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edildiyini açıqlayıb. Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib.

Qeyd edək ki, həmin dərslik Təhsil Nazirliyinin qrifi ilə 7000 tirajla nəşr olunub. Kitabın müəllifləri Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynovdur.

Dərsliyin müəlliflərindən olan Kamran Əsədov saytımıza kitabda hər hansı qüsur olmadığını iddia edib. Onun sözlərinə görə, xəritədə indiki Ermənistana və ermənilərə aidiyyatı olmayan qədim Ərməniyyə dövləti göstərilib.

"Vuran bəlli, yıxılan bəlli"

Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin Mətbuat xidmətinin rəhbəri, Qarabağ müharibəsi əlili Xəqani Ədəboğlu Modern.az-a açıqlamasında bu faktı kəskin tənqid edib:

“Tarix dərsliyində gedən səhvə həmin dərsliyin müəlliflərindən olan Kamran Əsədov iddia edib ki, guya, kitabda qüsur yoxdur. “Qüsur o ittihamları səsləndirənlərin gözlərində və beyinlərindədir” söyləyib.

Deməli, hansı məqsədləsə belə bir səhvə yol verirlər, kitab çap olunur, müəllif kimi qonorar da alırlar. Səhv ictimailəşəndə üzr istəmək əvəzinə bunu "texniki qüsur" adlandırır və kitabların yenidən çap edildiyini bildirirlər. Üstəlik, bunu aşkara çıxaranların, bundan narahat olanların üstünə gedirlər.

Özləri erməniyə xidmət etdikləri halda, bunların "texniki qüsur"undan yazanları "ermənidən betər" adlandırırlar. Müəlliflərə diqqət edin:Təvəkkül Əliyev, Rövşən Hətəmov, Niyaməddin Quliyev, Pərviz Ağalarov, Şamil Əmrahov, Faiq Babayev, Elşən Qasımov, Kamran Əsədov və Elnur Hüseynov.. Kitabı "Şərq-Qərb" nəşriyyatı çap edib. Yəni vuran bəlli,yıxılan bəlli”.

Keçmiş döyüşçü deyib ki, bu mövzuda bitərəf qalmaq olmaz. 

“Mən dəfələrlə yazmışam ki, Aprel döyüşlərindən sonra içimizdəki erməni şəbəkəsi total şəkildə hücuma keçiblər. “26” kafesi, "26 Bakı komissarı" küçəsi, Şaumyanın yetimlərinin qəbir ziyarəti, xəritə təsadüf ola bilməz, hələ bu xəritənin kontur (lal) variantı da var. Onu müzkirəyə çıxartmayıblar.

Bu günlərdə bir araşdırma apardıq Fedai.az -da. Məlum oldu ki, rus dilinin regionda zəifləməsi səbəbindən erməni informasiya və dezinformasiya mərkəzlərini Türkiyə və Azərbaycana yerləşdiriblər. Türkiyədə 56 vəqf ermənilərə məxsusdur və İstanbul, Diyarbəkr, Kayseri və Hatayda fəaliyyət göstərir. Bunların nəzarətində 700 min portal var. Bu mərkəzlərin Azərbaycanda uzantıları aşkar fəaliyyətdədirlər. Bu xəritə hələ ki gözə görünən bir olaydır. Xalq və xüsusən də saytların erməni nəzarətində olmayan kəsimi diqqətli olmalıdırlar... Bu xainlərin əməlləri bizim  veteranların dərin hiddətinə səbəb olub”.

"Üzr istəmək yox, cavab vermək lazımdır"

Milli Məclisin deputatı, tarixçi, professor Fəzail İbrahimli Modern.az-a deyib ki, heç bir halda səhvə yol vermək olmaz:

“Biz bu gün həssas dövrü yaşayırıq. Bizim erməni kimi düşmənimiz var. Tarix, sərhədlər məsələsində bizim “texniki xəta”ya yol vermək haqqımız yoxdur. Biz diqqətli, ədalətli, qərəzsiz olmalıyıq. Fikirlərimiz, düşüncələrimiz rəqəmlərə söykənməlidir. Mən hesab edirəm ki, bu “səhv”ə görə üzr istəmək yox, cavab vermək lazımdır. Müəllif kollektivi və həmin xəritənin ideya müəllifi və kitaba daxil edənin kimliyi araşdırılmalıdır. Qoy aydınlaşsın ki, bu məsələləri qəsdən o kitaba kim pərçim edib. Müəllif  bilərəkdən buna yol veribsə, bu kifayət qədər ciddi və cavabdehlik daşıyan məsələdir”.

"Təhsil Nazirliyində ən kiçik işçidən nazirə qədər hər kəs məsuliyyət daşıyır"

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Təhsil Nazirliyinin məsuliyyət daşıdığını deyib. A.Nağı Modern.az-a bildirib ki, müəlliflərin özlərinə hansısa şəkildə bəraət qazandırması da anlaşılan deyil:

“Mən hesab edirəm ki, məsələyə Təhsil Nazirliyi səviyyəsində, ona cavabdehlik daşıyan bölmələri səviyyəsində diqqətlə yanaşılmalı idi. Bu məsələni belə qoymaq olmaz. Tənqiddən sonra həmin xəritənin dərslikdən çıxarılması da xətadır. Əgər bunu səhv olaraq qəbul etmirlərsə, niyə yenidən dərslik nəşr edilir və həmin hissə çıxarılır? Nazirlikdə hər kəs aşağıdan yuxarıya qədər məsuliyyət daşıyır və mütləq cəzalandırılmalıdır. Hər dəfə məsələlərə dırnaqarası yanaşırıq, aşağıdakı 1-2 nəfəri cəzalandırıb, töhmət verib işi bitmiş hesab edirik. Ona görə də bu cür hallar təkrarlanır.

Bu məsələdə Təhsil Nazirliyinin ən kiçik işçisindən tutmuş nazirə qədər hər kəs məsuliyyət daşıyır. Məsələyə elmi yanaşma olmalıdır. Elə “dedilər səhvdir, çıxartdıq”la olmaz. Biz bununla erməni dəyirmanına su tökmüş oluruq. Mətbuatda rast gəldim ki, “Armeniya” (Ərməniyyə”) o vaxt Romanın hansısa əyaləti olub. O zaman “Armeniya” ilə “Hayastan” fərqləndirilməli idi.

Ermənilər öz tarixini Nuh peyğəmbərin dövrünə qədər aparıb çıxarırlar. Onlar iddia edir ki, hətta Nuhun özü də erməni olub və bu dildə danışıb. Biz isə tariximizi ermənilərin xeyrinə təhrif edirik. Ona görə də hesab edirəm ki, bu erməni təbliğatına xidmət edən bir faktdır və hər kəs ciddi şəkildə cəzalandırılmalıdır”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8409
 GBP :  2.1446
 TRY :  0.0528
 EUR/USD :  1.0829
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft