AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Universitetlərin “diplom süründürməçiliyi”, yollarda qalan məzunlar, bəs, Təhsil Nazirliyi ...
26/09/2017 Yazdır

Ali təhsilli gənclər iş həyatlarına başlamaq üçün diploma sahib olmalıdır. Bu, görünüş xətrinə olsa da, hər halda diplom mütləqdir. Lakin adətən bizdə ali təhsil müəssisələrini bitirən məzunlar diplomlarına qovuşmaq üçün aylarla gözləməli, dəfələrlə universitetlərin yollarında ayaq döyməli olurlar. Demək olar ki, əksəriyyət  diplomunu vaxtında ala bilmir. Hətta bəzən proses bir il müddətinə qədər uzanır.

Bəs ali məktəblər diplomu nə üçün gec təqdim edir? Əslində bu proses necə olmalıdır?

Bu prosesdə ali təhsil müəssisələrinin maraqları var

Təhsil eksperti Kamran Əsədov Modern.az-a bildirib ki, əslində hüquqi münasibətlər bitdiyi üçün məzun günü tələbələrin bütün sənədləri verilməlidir:

“Əgər ali təhsil müəssisələri tələbələrə təhsil haqqında hər hansı bir güzəşt etmirsə və  semestr başlayana qədər  təhsilhaqqının ödənişini tələb edirsə, tələbələrin də öz sənədlərini tələb etmək hüququ var.  Qanunvericilikdə qeyd edilib ki, 10, maksimum 15 gün  ərzində tələbələrin bütün diplomları onlara verilməlidir. Bilirsiniz ki, Azərbaycanda bakalavr pilləsini bitirən oğlanlar hərbi xidmətə çağırılır. Bu halda diplom almaq onlar üçün müşkilə çevrilir. Hərbi hissədən müəyyən vaxtlarda icazə almaqla bu problemi həll etməyə məcbur olurlar. Bu, onların hüquqlarının pozulmasıdır.

Ali təhsil müəssisələri maksimum iki iş həftəsi ərzində bütün tələbələrə təhsil sənədlərini verməyə borcludur. Sadəcə olaraq müəyyən neqativ  hallara, sənədlərində problem olan şəxslərə görə ali təhsil müəssisələrinin maraqları olur və diplomların təqdim edilməsini gecikdirirlər. Çünki  ali təhsil müəssisələrinin bütün məzunlarının akademik göstəriciləri müsbət olmur. Kimlərsə bu və ya digər formada qiymətlərini dəyişmək istəyir. Adi diplomu fərqlənmə diplomu ilə əvəz etmək istəyirlər. Universitetlər müəyyən qədər sənədləşmə prosesinin gecikməsini bəhanə edərək, məhz həmin şəxslərə şərait yaratmaq üçün, sənədlərdə dəyişiklik etmək üçün diplomları gec təqdim edir”.

Universitetlər tələbələrin hüququnu pozur

Ekspertin sözlərinə görə, bu cür gecikdirmə halları ciddi hüquq pozuntusudur:

“Bütün məzunların təhsilini başa vurduğu zaman həmin universitetdən sənədini tələb etmək hüququ var. Eyni zamanda universitet də bunu etməyə məcburdur.  Necə olur, “ADA” Universiteti Nazirlər Kabinetinin normativ hüquqi aktlarına riayət edir, amma digər universitetlər kobud şəkildə tələbələrin hüququnu pozur?

Birmənalı olaraq bütün tələbələr rəsmi şəkildə məzun günündən sonrakı 15 gün ərzində ali təhsil, orta ixtisas təhsil müəssisələrini, kollecləri bitirmə haqqında sənədləri  şəkildə almalıdırlar. Bu, eynilə orta məktəblərə də aiddir. Yəni orta məktəbi bitirdikdən 10 gün ərzində şagirdlər hüquqi sənədlərini almalıdırlar. Sadəcə əlavə gəlir əldə etmək üçün bəzi təhsil müəssisələri qanunvericiliyin tələblərini ciddi şəkildə pozurlar”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft