AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» “Xaricdə təhsil alan gənclərimizin ekstremist təşkilatların təsiri altına düşməməsi üçün tədbirlər görülür”
02/09/2015 Yazdır
“Azərbaycanda gənclərin xarici ölkələrdə təhsil almasında heç bir məhdudiyyət yoxdur. Yalnız dini təhsil ilə bağlı müəyyən düzəliş var. Bu da Azərbaycanda məsciddə, sinaqoqda, kilsədə yalnız Azərbaycanda təhsil almış şəxslərin dini ayinləri icra edə bilməsindən ibarətdir”.
 
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

O qeyd edib ki, bu qayda əksər ölkələrdə var və bu belə də olmalıdır: “Amma təhsilin qalan sahələrində heç bir məhdudiyyət yoxdur. Azərbaycanda dövlət proqramı çərçivəsində xaricdə təhsil almağa göndərilənlər var, eyni zamanda müstəqil şəkildə bu və ya digər ölkələrdə təhsil alan azərbaycanlı tələbələr var. Minlərlə Azərbaycan gənci müxtəlif ölkələrdə təhsil almaqdadır.

Türkiyədə təhsil alan gənclərimiz var. Onların fəaliyyəti ilə bağlı Ankaradakı səfirliyimiz, İstanbuldakı konsulluq və digər şəhərlərdə olan qurumlarımız fəaliyyət göstərirlər.

Əlbəttə, xaricdə təhsil alan gənclərimizin müxtəlif dini və ya ekstremist təşkilatların təsiri altına düşməməsi üçün qabaqlayıcı tədbirlər görülür və bu qabaqlayıcı tədbirlər də həmin tələbələr arasında müəyyən izahat işinin aparılması, müxtəlif səviyyələrdə dövlət nümayəndələrinin həmin ölkələrə səfərləri zamanı tələbələr ilə görüşlər keçirməsidir.

Məsələn, mən Türkiyədə və İranda rəsmi səfərdə olduğum zaman dini təhsil alan tələbələrlə ayrıca görüşmüşdüm, müxtəlif nazirliklərin nümayəndələri də bu cür işlər görür, eyni zamanda Təhsil Nazirliyi bu sahədə xüsusi bir proqram həyata keçirir.

Amma bilirsiniz ki, dünyada insanların bu və ya digər qrupların təsiri altına düşməsini tam aradan qaldırmaq o qədər də asan məsələ deyil. Bəzi təsir altına düşən gənclər olub. Mən də sosial şəbəkələrdə gördüm, müvafiq qurumlar bunu araşdırırlar. Amma bunlar tək-tək hallardır. Tək-tək halları biz ümumiləşdirə bilmərik.

Azərbaycandan Türkiyədə minlərlə tələbə təhsil alır. Onların içərisində əgər 2-3 nəfər bu cür qrupların təsiri altına düşübsə, bunu ümumiləşdirmək olmaz. Hər halda daha çox izahat işi aparılmalı, KİV də bu yöndə çalışmalı, ailələr xaricdə təhsil alan uşaqları üzərində təsirlərini artırmalı, səfirliklərimiz də bu yöndə işi daha da gücləndirməlidirlər”./apa/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft