AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : "Dədə Qorqud Altaylardan Anadoluya uzanan böyük bir coğrafiyada yaşayan bütün türk xalqlarının mənəvi babasıdır"  •   Boyun disk yırtıqları   •   Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələnib  •   Millət vəkilləri “Perspolis” tərəfdarlarının işğalçı Ermənistana dəstək verməsini kəskin pisləyiblər  •   Əli Əhmədov: Təhsil sahəsində daha ciddi addımların atılmasına ehtiyac var  •   “Bir dəfə Qazaxdan sərhədi keçdim, daha keçmək istəməzdim” - MÜSAHİBƏ   •   Azərbaycan bu Xəzər qonşusu üçün potensial ixracat bazarıdır  •   Gürcüstanda yeni fəaliyyətə başlayan xəbər portalı və internet kanalının təqdimat mərasimi olub  •   Paşinyan baş nazir postuna namizəd olmayacaq  •   Güney azərbaycanlı şagird 10-cu Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibi olub  •   17 oktyabr Yoxsulluqla Mübarizə günüdür - Azərbaycanda rəsmi yoxsulluq səviyyəsi..   •   “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov vəfat edib  •   Prezidentdən XƏBƏRDARLIQ : “Bütün özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar”  •   Ərdəbildə azərbaycanlı fəal Muctaba Pərvin saxlanılıb  •   Urmiya zindanında aralarında Zeynəb Sekavəndin də olduğu daha 3 nəfər edam edilib  •   Dəhşətli qəzada 1 məktəbli öldü, 35 nəfər yaralandı  •   Suriya ermənilərinin Laçına köçürülməsi davam edir  •   Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə Azərbaycan xalqını təbrik edib  •   Kənd təsərrüfatı nazirinin yeni müavini təyin olunub  •   Məktəblərdə rus dilinin yerinə türk dili tədris olunsun – Nadir Qazipur  •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Xocalı dəhşəti: Məhv edilmiş 8 ailə + Foto
22/02/2018 Yazdır

Bir neçə gündən sonra ermənilərin Xocalıda törətdiyi soyqırımının 26-cı ili tamam olacaq.

Emənistanın insanlığa qarşı törətdiyi bu cinayət zamanı 8 ailə yer üzündən silinib.

Modern.az saytı soyqırımının növbəti ildönümü ərəfəsində Xocalıda qətlə yetirilmiş həmin 8 ailənin yaxınları ilə əlaqə saxlayıb.  

“Qətl edilmiş 8 ailə”dən daha biri – Əliyevlər ailəsindən bəhs edirik.

Müsahibimiz Xocalı sakini Vərziyar Əliyeva bir gecədə bacısı və onunu ailəsini, atası və həyat yoldaşını itirib.

Dəhşətli qətliam gecəsi Vərziyar Əliyevanın bacısı Heyran Əliyeva, onun həyat yoldaşı Firdovsi Əliyev, oğlanları, Elçin və Elgiz Əliyevlər məhv ediliblər. Vərziyar Əliyevanın atası Mürşüd Hüseynov və həyat yoldaşı Əbülfəz Əliyev şəhid olublar.

Sağ qalan Vərziyar Əliyeva  acı xatirələrini Modern.az-la bölüşüb.

“Guya Ağdama ona görə gəlmişdik ki...”

“Hər il Xocalı faciəsinin ildönümü yaxınlaşanda əlim-ayağım quruyur. O dəhşətli günlər gözümün qabağında canlanır, titrətmə tutur məni. Eyni gündə itirdiklərimin acısını yaşayıram. Həmin vaxtlar Xocalı mühasirədə idi. Biz xocalılar da “üzük qaşı” kimi əhatəyə alınmışdıq. Amma mən Xocalı soyqırımı gecəsi orda olmadım. Bir neçə həftə əvvəl Xocalıya vertolyot gəlmişdi. Yoldaşımın əmisi qaça-qaça gəlib dedi ki, “vertolyot gəlib. Tez olun gedib minin vertolyota”.

Həmin vaxt həyat yoldaşım Əbülfət Əliyev Xocalı hava limanında Əlif Hacıyevin yanında işləyirdi. Amma həyat yoldaşım bizimlə gəlmədi. O, Xocalını qoyub çıxa bilməzdi. Birtəhər vertolyota minib Ağdama gəldik. Orada yataqxanada qalmalı olduq. Guya Ağdama ona görə gəlmişdik ki, ara sakitləşsin yenidən evimizə, elimizə çıxıb gedək. Heç demə, qabaqda bizi dəhşətli faciə gözləyirmiş. Biz də o faciədən xəbərsiz idik”.

“Anam Heyran deyə-deyə dünyadan köçdü”

Xocalı şahidi bacısıgilin ailəsinin başına gətirilənlərdən ürək ağrısı ilə danışır.

“Bacım Heyranın ailəsi həmin gecə Xocalıda idi. Biz əslən Xocalıdanıq. Ata-anamız da Xocalıda doğulub. Bacım Heyran uşaq bağçasında mühasib vəzifəsində çalışırdı. Yeznəmiz Firdovsi Xocalıda maşın qarajında mexanik işləyirdi. Faciə gecəsi bacımın ailəsi məhv oldu. Sonradan şahidlər mənə danışmışdı ki, onlar da digər əliyalın insanlar kimi eyni yerə 3 dəfə gedib-qayıtmışdılar. Başlarını itirmişdilər. Bacımın böyük oğlu faciə gecəsi donmuşdu. Bacımın özü və ailəsi barədə heç bir xəbər ala bilmədik. Nə ölüsündən, nə də dirisindən xəbər tuta bildik.

Hadisələrdən sonra “Qırmızı Xaç Komitəsi”nə, 11 dövlətə müraciət ünvanladım ki, bəlkə bacımgildən bir xəbər ala bildim. Təəssüf ki, bir xəbər çıxmadı. Hətta, jurnalist Xoşqədəm Hidayətqızının verilişinə də müraciət etdim. Yenə bir xəbər çıxmadı. Anam yazıq Heyran deyə-deyə dünyadan köçdü. Bacımın bir oğlu yadigar qalıb. Adi Mehdidir. Bircə təsəllim odur”.

“Şahidlər deyirlər ki...”

Vərziyar xanım deyir ki, atası o gecə kürəyindən güllə yarası alıb:

“Atam Xocalıda ovçu kimi tanınırdı. Xocalıda özünümüdafiə batalyonunun üzvü idi. 57 yaşı olmasına baxmayaraq, o postda olanda həmin gecə bütün Xocalılar rahat olurdu. Atam elə bir ovçu idi ki, onun əlindən bir quş belə uça bilməzdi. Hədəfi dəqiq nişan alırdı. Ona “Koroğlu Mürşüd” deyirdilər. Atama silahı indiki deputat Elman Məmmədov vermişdi. Daha doğrusu, atam döyüşmək üçün silah istəyəndə Elman müəllim ona beşatılan silahı vermişdi.

Faciə gecəsi ermənilər Xocalıya hücum edərkən atam kürəyindən güllə yarası almışdı. Atamın yanında olanlar deyir ki, güllə Mürşüd kişiyə dəyəndə  “Bahoo, güllə nə pis yerimdən dəydi” deyib canını tapşırmışdı”.

“Biz Xocalıya qayıdan gün xoşbəxt ola bilərik”

Vərziyar xanım həyat yoldaşından da söz açıb.

“Həyat yoldaşım Əbülfət Xocalı hava limanında çalışırdı.  Əlif Hacıyevlə birgə Şuşaya, Xankəndinə, Əsgərana gedib-gəlirdilər.  4 il polis işləyib. Hər gün döyüşlərdə olurdu. Ev üzü görmürdü. Günü səngərlərdə keçirdi.  Faciə gecəsi həyəcan siqnalı veriləndə Əlif Hacıyevlə birgə Xocalı aeroportunu partlatmışdılar. Qanlı döyüşlərdə Əbülfət çiyin, bud nahiyəsindən vurulmuşdu. Şahidlərin sözlərinə görə, Əbülfət o qanlı gecədə neçə-neçə qadını, qızı belində Xocalıdan çıxarıb.

Fevralın 27-də atamın meyitini Ağdama gətirdilər. Yoldaşım isə yaralı olduğu üçün Ağdam xəstəxanasında müalicə alırdı. Amma yarası dərin olduğundan elə xəstəxanada keçindi. 1992-ci ilin martında isə Əlif Hacıyevin meyiti gətirilmişdi.

Danışdıqca, o günlərə qayıtmalı oluram, belədə də içim qan ağlayır. Atamın, həyat yoldaşımın heç olmasa meyiti əlimizə gəldi. Amma bacımgildən heç bir xəbər gəlmədi. Hələ də gözlərim onları axtarır. Düşünürəm ki, bəlkə bir xoş xəbər eşitdim. Vallah elimizdən-yurdumuzdan didərgin düşmək bizə xoş deyil. Öz torpaqlarımıza qayıtmaq istəyirik.

Buralarda yaşamaq bizə asan deyil. İnsan öz evindən , elindən, obasından, torpağından uzaqda necə xoşbəxt yaşaya bilər?!. Biz o torpaqlara qayıdan gün xoşbəxt ola bilərik. Başqa cür mümkün deyil”.

 
 
 

+ Benzer Haberler
» "Dədə Qorqud Altaylardan Anadoluya uzanan böyük bir coğrafiyada yaşayan bütün türk xalqlarının mənəvi babasıdır"
» Boyun disk yırtıqları
» Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satan şəxslər cərimələnib
» Millət vəkilləri “Perspolis” tərəfdarlarının işğalçı Ermənistana dəstək verməsini kəskin pisləyiblər
» Əli Əhmədov: Təhsil sahəsində daha ciddi addımların atılmasına ehtiyac var
» “Bir dəfə Qazaxdan sərhədi keçdim, daha keçmək istəməzdim” - MÜSAHİBƏ
» Azərbaycan bu Xəzər qonşusu üçün potensial ixracat bazarıdır
» Gürcüstanda yeni fəaliyyətə başlayan xəbər portalı və internet kanalının təqdimat mərasimi olub
» Paşinyan baş nazir postuna namizəd olmayacaq
» Güney azərbaycanlı şagird 10-cu Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibi olub
» 17 oktyabr Yoxsulluqla Mübarizə günüdür - Azərbaycanda rəsmi yoxsulluq səviyyəsi..
» “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov vəfat edib
» Prezidentdən XƏBƏRDARLIQ : “Bütün özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar”
» Dəhşətli qəzada 1 məktəbli öldü, 35 nəfər yaralandı
» Suriya ermənilərinin Laçına köçürülməsi davam edir
» Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə Azərbaycan xalqını təbrik edib
» Kənd təsərrüfatı nazirinin yeni müavini təyin olunub
» XİN həkimlərin Qarabağa səfərini araşdırmağa başladı
» Norveçdə Rusiya casusu tutuldu: O, Azərbaycanda da olub
» Azərbaycan İƏT ölkələrini Ermənistanla münasibətləri aşağı səviyyəyə endirməyə çağırıb


 
Hava Vəziyyəti

Error. Page cannot be displayed. Please contact your service provider for more details. (26)

Məzənnələr
 USD :  1.7000
 EUR :  1.9254
 GBP :  2.1261
 TRY :  0.3170
 EUR/USD :  1.1326
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Edvard Nalbandyanın "nalbəndlik" həvəsi
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Azərbaycanın KTMT üzvlüyü nə dərəcədə realdır?
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Doğu ve Batı’yı birleştirecek stratejik hat
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft