2013-cü ilin yanvar-mart aylarında Azərbaycanda 199 nəfər dəm qazından zəhərlənib.

Modern.az rəsmi mənbələrə istinadən məlumat verir ki, həmin müddətdə dəm qazından zəhərlənənlərin 128 nəfəri qadın, 63 nəfəri ki, 8 nəfəri uşaq olub. Üç ay ərzində bu və ya digər formada qazdan zəhərlənənlərin 36 nəfəri dünyasını dəyişib. Onların 23-ü qadın, 13-ü kişi olub. 

Qeyd edək ki, qazla zəhərlənmələr bəzən ailə faciələri ilə də nəticələnib.

Məsələn, yanvarın 3-də Şəki rayon sakinləri Fəxrəddin Həsənov və həyat yoldaşı Nuriyə Həsənova, fevralın 5-də Azərbaycan Tibb Universitetinin müəllimi Nizami Babayev və həyat yoldaşı Həqiqət Babayeva, martın 19-da Akif Davudovun və onun arvadı Nigar Davudova dəm qazından zəhərlənərək dünyalarını dəyişiblər.