Rumıniya mətbuatında Ermənistan tərəfindən Kəlbəcər rayonunun işğal edilməsinin 21-ci ildönümü ilə bağlı məqalə dərc olunub.

Azərbaycanın Rumıniyadakı Səfirliyindən Modern.az saytına daxil olan məlumata görə, 14 aprel 2014-cü il tarixində Rumıniyada geniş oxucu kütləsinə malik “Ultima ora” (son saat) qəzetində Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsinin 21-ci ildönümü ilə bağlı AR-in Rumıniyadakı Səfirliyinin 2-ci katibi Tehran Şükürovun “Beynəlxalq hüququn kobud şəkildə pozulması-Azərbaycanın Kəlbəcər rayoununun işğalından 21 il keçir” (http://ultimaora.digi.ro/wp-content/uploads//Azerbaidjan.pdf) sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə Dağlıq Qarabağ münaqişəsinin tarixi, ağır nəticələri, hüquqi aspektləri, Ermənistanın işğalçı siyasəti, münaqişənin sülh yolu ilə həlli prosesi, habelə təcavüzkar Ermənistanın danışıqlar prosesindəki qeyri-konstruktiv mövqeyi barədə geniş məlumat verilir.

Məqalədə, həmçinin Azərbaycanın ərazi baxımından ən böyük rayonlarından olan Kəlbəcərin ölkənin əhəmiyyətli strateji nöqtəsi sayıldığı, mühüm təbii resurslarla, tarixi mədəniyyət abidələri ilə zəngin olduğu, strateji üstünlüklərə malik Kəlbəcəri işğal etməsi ilə qısa zamanda Ermənistanın Azərbaycanın daha 5 rayonunu işğal etdiyi göstərilir.