Bakıda daha bir yol təmirə bağlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan Nobel prospektində (Zığ şossesi istiqamətində) yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Babək prospektindən istifadə etmələri tövsiyə olunur.