Azərbaycanda fəaliyyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün Rəşid Behbudovun mahnılarından ibarət albom hazırlayıb.

 

Oya Ergünün APA-ya verdiyi məlumata görə, albom Azərbaycanın  Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi ilə hazırlanıb: “Azərbaycan Dövlət Filarmoniyasında lentə aldığım ölməz Rəşid Behbudovun mahnılardan ibarət yeni albomum artıq hazırdır. Bu alboma ürək qoydum, əziyyətimiz çox oldu, amma sevinirəm ki, ərsəyə gətirə bildik. İnşallah, bu yaxınlarda təqdimat keçirəcəyəm.

 

Düşünürəm ki,  musiqisevərlər albomdan məmnun qalacaqlar. Biz bu albomun yüksək keyfiyyətdə çıxması üçün əlimizdən gələn etdik. Rəşid Behbudovun mahnılardan ibarət albom hazırlamaq asanda iş deyildi. Əslində bu, çox böyük məsuliyyətdir”.

 

Oya Ergün bildirib ki, albom  Azərbaycanda və Türkiyədə təqdim olunacaq.

 

Qeyd edək ki, albomda Rəşid Behbudovun ifa etdiyi 12 mahnı yer alıb.