"Show” kanalında aparıcı imkanlı şəxslərə müraciət edərək bu uşaqlara maddi yardım göstərilməsini xahiş edib.

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı biznesmen, "Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov xərçəng xəstəliyindən əziyyət çəkən azyaşlı körpəyə yardım göstərib.

ANS xəbər verir ki, bu barədə Türkiyənin məşhur müğənnisi, tv aparıcısı Gülben Ergen öz Twitter hesabında yazıb.

Qeyd edək ki, Gülben Ergen ötən gün yerli "Show” kanalında aparıcısı olduğu "Gülben” proqramında Dəniz, Muhamməd və Tuana adlı 3 azyaşlı uşağın xərçəng xəstəliyinə yaxalandığını və onların müalicəsinin xaricdə mümkün olduğunu elan etmişdi.

Aparıcı həmçinin imkanlı şəxslərə müraciət edərək bu uşaqlara maddi yardım göstərilməsini xahiş etmişdi.

Sonra isə "Gülben Show” adlı Twitter səhifəsində Muhammədlə Dənizin müalicəyə göndərildiyini yazan Ergen bir müddət sonra həyəcanla Tuanaya da yardım edildiyini, bu yardımın azərbaycanlı biznesmen Mübariz Mənsimov tərəfindən olunduğunu elan edib.

Qeyd edək ki, 2,5 yaşlı Tuana Naz Şenel neyroblastoma xərçəngindən əziyyət çəkir.