Azərbaycanda mənzildən külli miqdarda oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Şahin Kərimovun ətrafında Baş Cinayət-Axtarış İdarəsi və Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il avqust ayının 8-də Sumqayıt şəhər sakini İlqar Seyidovla birgə Sima Quliyevanın evindən 300 min manat dəyərində qızıl əşyalar və 100 min manatını oğurlaması da müəyyən edilib.

 

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Seyidov da tutulub.