Ukrayna Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib. 

ANS-in məlumatına görə, rəsmi Kiyev Cenevrədə Ukrayna münaqişəsinin həll edilməsi ilə bağlı əldə edilən razılığın şərtlərinə əməl edilməsinə dair Rusiyaya nota verib. Bu barədə Ukrayna xarici işlər nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Andrey Deşiça rəsmi Twitter səhifəsində yazıb.

“Rusiya Xarici İşlər Nazirliyinə Cenevrə danışıqları ilə bağlı nota göndərdik. İndi söz Rusiyadadır”, Andrey Deşiça bildirib.

Qeyd edək ki, aprelin 17-də Cenevrədə Ukraynada qarşıdurmalar zamanı tərəflərin bir-birlərinə qarşı zor tətbiq edilməməsi barədə razılıq əldə olunub.

Onu da bildirək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynanın indiki hakimiyyətinin Cenevrə danışıqların kobudcasına pozduğunu bəyan etmişdi.