“Ukraynada baş verənlər Dağlıq Qarabağ münaqişəsinin artıq birdəfəlik həllini tələb edir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.

Səfir qeyd edib ki, Krım hadisələri Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik həllini zəruri edir:

 

“Dağlıq Qarabağ münaqişəsi Qafqaz bölgəsində qeyri-sabitlik mənbəyidir. Bu, bir ocaqdır. Münaqişəsinin həlli bütün region üçün faydalıdır”.