Türkiyə sərhədçiləri gizli yolla Suriyaya keçmək istəyən 8 nəfəri saxlayıb. ANS-in məlumatına görə, onlardan 7-si əcnəbi, biri isə Türkiyə vətəndaşı olub. 

Qaçaqmalçılar Kilisin Elbeyli rayonunda tutulublar. Saxlanılanlar arasında Rusiya, Tunis, iki Azərbaycan vətəndaşı (R.S. və A.L), Almaniya, Səudiyyə Ərəbistanı, Suriya vətəndaşları olub. 

Sərhəddi keçmək istəyənlərə "dayan" əmri verilib. İfadələri alınan şəxslərdən türk vətəndaşı sərbəst buraxılıb. Digər 7 nəfər isə deportasiya edilmək üçün Polis İdarəsinin Əcnəbilərlə iş üzrə şöbəsinə təhvil verilib. 

Qeyd edək ki, Suriyadakı ixtişaşlar nəticəsində bu günə kimi onlarla azərbaycanlı öldürülüb.