Ötən gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. 

ANS-in bölgə müxbirinə istinadən verdiyi məlumata görə, cəbhənin Füzuli rayonu istiqamətində 1994-cü il təvəllüdlü əsgər Elnur Əli oğlu Məcidov vurulub.

Ağır yaralanan əsgər hospitala yerləşdirilib.

Faktla bağlı Müdafiə Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən əsgərin düşmən tərəfindən açılan atəş nəticəsində yaralanması faktını təsdiqlədilər. 

Müdafiə Nazirliyindən verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 30 dəfə pozulub.
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.