Gürcüstanın əsasən ermənilər yaşayan Samtsxe-Cavaxeti bölgəsinin əhalisi hüquq-mühafizə orqanlarının əməkdaşlarına çox sayda silah və sursat təhvil verib. 

ANS-in məlumatına görə, Axalkalaki və Ninotsminda rayon polis idarələrinə kənd sakinləri könüllü şəkildə 3987 döyüş patronu, 10 ədəd odlu silah, 227 tank və piyada əleyhinə mina təhvil veriblər. Silah-sursatı təhvil verənlər əsasən ermənilər olub və buna görə hadisə bir növ tərk-silaha bənzəyib. 

Cavaxetiya bölgəsi Gürcüstan üçün böyük narahatlıqlar yaradır. Çünki bu bölgənin erməni əhalisinə Rusiya pasportları paylanacağı və Moskvanın hərbi müdaxiləsi üçün əsas yaradılacağı barədə xəbərlər yayılmışdı.

Digər versiyalar isə Gürcüstanın Avropa Birliyi ilə Assosiasiya sazişi bağladıqdan sonra Rusiyanın Erməistandakı hərbi bazalarına gedən yükləri üçün yolu bağlayacağı barədə səslənir.