Ramazan bayramı ilə əlaqədar Azərbaycanda iki gün iş günü olmayacaq.

Azərbaycan Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən, 2014-cü ildə 28, 29 iyul Ramazan bayramı qeyd ediləcək.

Qeyd edək ki, iyulun 28 və 29-u həftənin bazar ertəsi və cərşənbə axşamı günlərinə təsadüf edir.