Bakının mərkəzi küçələrinin birində sıxlıq yaranıb.

ANS-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, Moskva prospekti (Əsas yolda - şəhər istiqamətində) tunelin çıxış hissəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. 

Sürücülərə alternativ olaraq Moskva prospekti - Kənar yoldan istifadə etmələri tövsiyə olunur.