Gərgin qış keçirən müğənni Ebru Gündəş tətilə yollanıb.

ANS-in məlumatına görə, sənətçi həyat yoldaşı, iş adamı Rza Zərrab azyaşlı qızı Alara ilə lüks gəmiləri "60 Years" (60 il) ilə mavi tura çıxıblar. Ailəyə aid 750 at gücü olan gəminin sükanı arxasına Rza Zərrab özü keçib. 

48 metrəlik gəmidə ailədən başqa onların yaxın dostları da istirahət edir. Ailə Marmaris sahillərində gəzib, suda üzüblər. 

Ailənin yanında üzgüçülük üzrə təlimçi də olub. Müğənni və iş adamı bir müddət dənizdə və adalarda gəzdikdən sonra yenidən Bodruma qayıdacaq. 

Qeyd edək ki, Rza Zərrab ötən ilin dekabr ayında keçirilən rüşvət əməliyyatı zamanı saxlanılıb. Zərrab bir necə ay həbsxanada qalandan sonra fevral ayında azad edilib.