Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyul ayının 20-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə cari ilin məzunları üçün I I və I I I ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının məzmunu ilə bağlı apelyasiya komissiyası yaradıb.

Modern.az saytı xəbər verir ki, apelyasiya komissiyasına müraciət etmək istəyənlər iyul ayının 21-də saat 10-dan 17-dək şəxsiyyət vəsiqələri ilə TQDK-ya müraciət edə bilərlər. Ünvan: Bakı şəhəri, Akademik H.Əliyev küçəsi, 17.