Lerik rayonunda meşədə güclü yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Lerik rayonu, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq meşə ərazisində güclü yanğın baş verib.

Yanğının söndürülməsinə FHN-nin Aviasiya Dəstəsindən 1 ədəd helekopter cəlb edilib.

Yanğınsöndürmə işləri davam edir.