Ermənistanın qərbində yerləşən Armavir (Oktomberyan) şəhərinin keçmiş meri Ruben Xlqatyan Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda minaya düşüb. 

Onun sürücüsü həlak olub. Merlə yanaşı iki nəfər də yaralanıb. Yaralılar helikopterlə İrəvana xəstəxanaya aparılıb. 

Hadisə o "Vilis" markalı maşında gedərkən baş verib. 

Xatırladaq ki, bir necə gün öncə Ermənistanın müdafiə naziri Seyran Ohanyan Kəlbəcərdə yolları minalamağı təklif etmişdi. O, bu yolla azərbaycanlılardan qorunmağı düşünürdü./ans/