Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarına start verilib

Turnirdə yeganə təmsilçimiz "Qarabağ” da bu gün meydana çıxıb.

Qurban Qurbanovun komandası doğma meydanda Maltanın "Valletta” klubu ilə qarşılaşıb. Səfərdə keçirilən ilk oyunda 1:0 hesabı ilə qalib gələn "Qarabağ" cavab oyununa üstün durumda çıxıb. Ağdam təmsilçisinə növbəti mərhələyə yüksəlmək üçün istənilən hesablı heç-heçə də sərf edirdi. Bu görüşdə "Qarabağ" rəqibini darmadağınla qalib gələrək növbəti mərhələyə yüksəlib - 4:0. 

Qeyd edək ki, "Qarabağ"ın üçüncü təsnifat mərhələsindəki rəqibi Avstriyanın "Zalsburq" klubu olacaq. Bu komandalar arasında ilk oyunun iyunun 30-da baş tutacaq.

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları

21:30."Qarabağ” (Azərbaycan) – "Valletta” (Malta) (İlk oyun - 1:0) - 4:0 

Hakimlər: Sergey Tsinkeviç, Yevgeni Ramanov, Vitali Malyutsin, Denis Şerbakov (hamısı Belarus).

Qollar: Reynaldo, 15 (1:0), Çumbinyo, 48 (2:0), Danilo Dias, 56 (3:0), Leroy Corc, 80 (4:0)

Qırmızı vərəqələr: Conathan Karuana, 19 ("Valletta"), Rayan Feneç, 84 ("Valletta")

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev, Admir Teli (k), Ansi Aqolli, Bədavi Hüseynov, Reynaldo, Danilo Dias, İlqar Qurbanov, Riçard Almeyda, Leroy Corc, Çumbinyo

"Valletta": Vella, Karuana, Azzopardi,  Dimeç, Feneç (k), Faria, Briffa, Bayada, Nafti, Elford - Alliyu, Yan Zammit /qol.az/