Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Kiyevdən qayıdandan sonra müstənqitin yanına getməlidir. 

Bu haqda çağırış vərəqəsi onun anasına təqdim olunub. 

Saakaşvilinin prokurorluğa gəlməyəcəyi təqdirdə onun əleyhinə qanunvericilikdə nəzərdə tutulan qaydada tədbirlər görüləcək. Bu haqda isə Gürcüstanın baş prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Keçmiş prezident bir neçə ay əvvəl sorğu-suala dəvət olunub. Saakaşvilidən Gürcüstanın keçmiş baş naziri Zurab Jvaniyanın 2005-ci ildəki ölümü ilə bağlı ifadə almaq istəyirlər. Ancaq eks-prezident Gürcüstanın indiki hüquq-mühafizə orqanlarına etibar etmədiyindən ifadə verməkdən imtina etmişdi.

Qeyd edək ki, keçmiş dövlət başçısı 2013-cü ilin axırlarından ABŞ-da yaşayır./modern.az/