3 saylı İstintaq Təcridxanasına telefon keçirmək cəhdi baş tutmadı.

Ziyarətçi çörəyin içində məhbusa mobil telefon keçirmək istəyib.

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan Şəhriyar Elbrus oğlu Hüseynova dostu vətəndaş Əsgər Fərmayıl oğlu Mehdiyevin gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman, çörəyin içərisindən 1(bir) ədəd “Ken Xin Da” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. 

Şəhriyar Elbrus oğlu Hüseynov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.1; 29, 177.2.1; 177.2.2 və 177.2.4 maddələrinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır./ans/