3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Vahid Engilis oğlu Eminovun tanışı - Bakı şəhəri, Q.İlkin küçəsində fərdi evdə yaşayan vətəndaş Zaur Tapdıq oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı göyəm mürəbbəsinin içərisində gizlədilmiş, xalis çəkisi 3,748 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.