Qazaxda kişi oğlunu və həyat yoldaşını bıçaqlayıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də arvadı Pərvanə və oğlu Nihada bıçaqla xəsarət yetirməklə sağlamlıqlarına ağır zərər vuraraq hadisə yerini tərk etmiş Nemət Xasməmmədov tutulub.