Namazov evli olsa da bir ildir ki, bu qadınla görüşür.

Nizami rayon polis əməkdaşları oğurluqda təqsirli bilinən şəxsi saxlayıb. 

Bu ilin iyun ayında Gürcüstan sakini Azad Namazov Kürdəxanı qəsəbə sakini Səadət Əliyevanın çantasını zorla əlindən alaraq qaçıb. Zərərçəkənin hüquq-mühafizə orqanlarına ərizə ilə müraciətindən sonra o, saxlanılıb. 

Keçirilən əməliyyat tədbirləri nəticəsində məlum olub ki, saxlanılan 30 yaşlı Azad Namazovla Səadət Əliyeva bir ilə yaxındır ki, tanışdılar. Bu müddət ərzində fəhlə işləyən Azad Səadətin razılığı ilə dəfələrlə pul qarşılığında onunla cinsi əlaqədə olub. Sonuncu görüşləri zamanı isə Azad Səadətə maddi ziyan da vurub.

Saxlanılan Azad Namazov bildirib ki, evli olsa da bir ildir ki, bu qadınla görüşür. Sonuncu görüşləri isə bir ay bundan əvvəl olub. Görüş ünvanı isə eyni olub. Onlar Əhmədli qəsəbəsində yerləşən daş karxanasının qarşısına gəliblər.

Azad Namazov peşman olsa da ona bu əməlinə görə Cinayət Məcəlləsinin soyğunçuluq maddəsilə cinayət işi açılıb.

Faktla bağlı istintaq davam etdirilir./ans/