Türkiyənin Rusiyadakı Səfirliyinin binasına atəş açan erməni Artur Mirzoyan haqqında cinayət işi açılıb. 

Məhkəmədə Mirzoyan təqsirli olduğuna boynuna alıb və 500 min rubl (10 850 manat) dəyərində cəriməni ödəməyi qəbul edib. O, həmçinin cinayət işi başa çatana qədər ölkədən çıxmayacağını deyib.

Moskva məhkəməsi Artur Mirzoyanın xuliqanlıq maddəsi ilə bir aylıq həbs edilməsi haqqında qərar qəbul edib.

Faktla bağlı cinayət işi davam etdirilir.

Qeyd edək ki, bir neçə gün əvvəl Artur Mirzoyan Türkiyənin Rusiyadakı Səfirliyinin binasını atəşə tutmuşdu./ans/