Bu gün saat 11:00 radələrində Bakıda intihar məqsədilə bir kişi “Koroğlu” metrosuna yaxın ərazidə, Böyükşor körpüsünün üstünə çıxıb.

Hadisə şahidlərinin verdikləri məlumata görə, kişi intihar etmək istədiyini bildirib.

Deyilənlərə görə, kişi sosial problemlərinin olduğunu bildirib. O, indiyə qədər onun heç bir qurumdan ona kömək edilmədiyini bildirib.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Risqli Xilasetmə Qüvvələrinin cəlb olunub. Xidmətdən ANS-ə verilən məlumata görə, hazırda kişinin körpüdən endirilməsi istiqamətində işlər aparılır.