Azərbaycan futbolu tarixində qrupa düşən 2-ci komanda olan “Qarabağ” F qrupunda mübarizə aparacaq.
Qurban Qurbanovun yetirmələri püşk zamanı nisbətən aşağı reytinqə malik komandaların yer aldığı 4-cü səbətdə qərarlaşdığı üçün güclü rəqiblərlə görüşəcək.
Ağdamlılara I səbətdən İtaliya “İnter”i düşüb. Bu komanda iki il əvvəl qrup mərhələsində “Neftçi” ilə qarşılaşmışdı. Bakılılar həmin duellərdə 1 xal əldə etmişdi – 1:3, 2:2.
Ukraynanın “Dnepr” klubu da ölkəmizdə yetərincə tanınır. SSRİ vaxtında dəfələrlə “Neftçi” ilə qarşılaşan Ukrayna təmsilçisi 2 dəfə SSRİ çempionu olub.
“Qarabağ”ın 3-cü rəqibi isə Fransa təmsilçisi “Sent-Etyenn” olub.
Qeyd edək ki, qrup mərhələsində ilk turun oyunları sentyabrın 18-də keçiriləcək.
A qrupu
"Vilyareal" (İspaniya)
"Borussiya" (Mönhenqladbax, Almaniya)
"Sürix" (İsveçrə)
"Apollon" (Kipr)
B qrupu
"Kopenhagen" (Danimarka)
"Brügge" (Belçika)
"Torino" (İtaliya)
HİK (Finlandiya)
C qrupu
"Tottenhem" (İngiltərə)
"Beşiktaş" (Türkiyə)
"Partizan" (Serbiya)
"Asteras " (Yunanıstan)
D qrupu
"Zalsburq" (Avstriya)
"Seltik" (Şotlandiya)
"Dinamo" (Zaqreb, Xorvatiya)
"Astra" (Rumıniya)
E qrupu
PSV (Hollandiya)
"Panatinaikos" (Yunanıstan)
"Eştoril" (Portuqaliya)
"Dinamo" (Moskva, Rusiya)
F qrupu
"İnter" (İtaliya)
"Dnepr" (Ukrayna)
"Sent-Etyen" (Fransa)
"QARABAĞ" (AZƏRBAYCAN)
G qrupu
"Sevilya" (İspaniya)
"Standard" (Belçika)
"Feyenoord" (Hollandiya)
"Riyeka" (Xorvatiya)
H qrupu
"Lill" (Fransa)
"Volfsburq" (Almaniya)
"Everton" (İngiltərə)
"Krasnodar" (Rusiya)
I qrupu
"Napoli" (İtaliya)
"Sparta" (Çexiya)
"Yanq Boyz" (İsveçrə)
"Slovan" (Slovakiya)
J qrupu
"Dinamo" (Kiyev, Ukrayna)
"Styaua" (Rumıniya)
"Rio Ave" (Portuqaliya)
"Olborq" (Danimarka)
K qrupu
"Fiorentina" (İtaliya)
PAOK (Yunanıstan)
"Genqam" (Fransa)
"Dinamo" (Minsk, Belarus)
L qrupu
"Metallist" (Ukrayna)
"Trabzonspor" (Türkiyə)
"Legiya" (Polşa)
"Lokeren" (Belçika)