Türkiyədə 62-ci hökumətin tərkibi məlum olub.

Avqustun 28-də gecə prezident Rəcəb Tayyip Ərdoğan tərəfindən Türkiyə Cümhuriyyətinin 62-ci hökumətini formalaşdırmaq səlahiyyəti verilən baş nazir əvəzi Əhməd Davudoğlu özünün qurduğu yeni hökumətin tərkibini açıqlayıb.

Prezident Ərdoğanla qısa görüşdən sonra Ə.Davudoğlu baş nazirin icra aparatının binasına gedərək, yeni hökuməti elan edib.

 

Yeni hökumətdə bu şəxslər təmsil edilir:

 

Baş nazir - Əhməd Davudoğlu

Baş nazirin müavini - Əli Babacan

Baş nazirin müavini - Numan Kurtulmuş

Baş nazirin müavini - Bülənt Arınç

Baş nazirin müavini - Yalçın Akdoğan

Xarici işlər naziri - Mevlut Çavuşoğlu

Ədliyyə naziri - Bəkir Bozdağ

Daxili işlər naziri - Əfkan Ala

Ailə və sosial siyasətlər naziri - Ayşənur İslam

Avropa Birliyi naziri - Volkan Bozkır

Elm, sənaye və texnologiya naziri - Fikri Işık

Əmək və sosial təminat naziri - Faruk Çəlik

Ətraf mühit və şəhərsalma naziri - İdris Güllücə

İqtisadiyyat naziri - Nihat Zeybəkçi

Enerji və təbii ehtiyatlar naziri - Taner Yıldız

Kənd təsərrüfatı, ərzaq və heyvandarlıq naziri - Mehdi Əkər

Gənclik və idman naziri - Akif Kılıç

Gömrük və ticarət naziri - Nurəttin Canikli

İnkişaf naziri - Cevdət Yılmaz

Mədəniyyət və turizm naziri - Ömər Çəlik

Maliyyə naziri - Mehmet Şimşək

Milli təhsil naziri – Nəbi Avcı

Milli müdafiə naziri - İsmət Yılmaz

Meşə və su işləri naziri - Veysəl Əroğlu

Səhiyyə naziri - Mehmet Müəzzinoğlu

Nəqliyyat, dənizçilik və kommunikasiya naziri - Lütfi Əlvan.

 

Türkiyə Cümhuriyyətinin 62-ci Davudoğlu hökumətində 61-ci Ərdoğan hökuməti ilə müqayisədə sadəcə 4 dəyişiklik olub. Belə ki, xarici işlər naziri vəzifəsinə Ərdoğan hökumətində Avropa Birliyi naziri vəzifəsini tutan Mövlud Çavuşoğlu gətirilib. AB naziri vəzifəsinə Türkiyə Böyük Millət Məclisinin Beynəlxalq əlaqələr komissiyasının sədri Volkan Bozkır təyin edilib. Ərdoğanın siyasi işlərə cavabdeh baş müşaviri olan Ankara millət vəkili Yalçın Akdoğan baş nazirin müavini vəzifəsinə təyin edilən başqa bir isimdir. Baş nazirin müavini Əmrullah İşlərin yerinə millət vəkili olmayan Numan Kurtulmuş gətirilib.

 

Baş nazir Əhməd Davudoğlunun qurduğu 62-ci hökumətin proqramı sentyabrın 1-də Türkiyə Böyük Millət Məclisində oxunacaq. Hökumətə etimad səsverməsinin 6 və ya 8 sentyabrda keçirilməsi gözlənilir./apa/