Avqustun 28-də Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimində iştirak edən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın yeni dövlət başçısı ilə qısa müddətli söhbəti olub.

Nalbandyan fürsətdən istifadə edərək Ermənistan prezidenti Serj Sərkisyanın rəsmi səfər üçün dəvətnaməsini Ərdoğana çatdırıb.

Qeyd edək ki, Sərkisyan Türkiyənin yeni prezidentinin 2015-ci il aprelin 24-də qondarma “erməni soyqırımı”nın anma mərasimində iştirak etməsini arzulayır./modern.az/