Amerika Birləşmiş Ştatlarının senatorları Ukraynanı silahlandırmaq qərarına gəliblər.

Senatorlar bu məqsədlə ABŞ dövlətinin başçısı Barak Obama administrasiyasına müraciət ediblər. Onlar öz müraciətlərində bildiriblər ki, Rusiya tərəfindən işğalınının qarşısının alınması üçün Ukraynanı silahlandırmaq lazımdır.

Xarici münasibətlər üzrə senatorlar komitəsinin rəhbəri Robert Menendesöz fikrini belə əsaslandırıb: " Rusiya prezidenti Vladimir Putin aqressiyasına görə cavab verməlidir".

Senator Con Makkeyn ABŞ-ın Ukraynanı silahlandırmaqda məqsədi vəziyyətə müdaxilə etməkdir, yəni söhbət müdaxilədən gedir, işğaldan yox. 

Senator Menendes öz müsahibəsində Rusiyanı işğalçı adlandırıb: "Biz Ukraynanı elə müdafiə sistemləri ilə təmin etməliyik ki, Putin arqessiyası üçün cavab versin. Məsələ üsyançı separatçılardan getmir, Rusiyanın birbaşa işğalından gedir".

Menendes senatorların bu müraciətlərinin ABŞ prezidenti üçün gözlənilən olduğunu da vurğulayıb: "Düşünürəm ki, Ukraynaya silah göndərmək planı böyük ehtimalla Barak Obamanın masasının üstündədir".

Senator Rusiyaya qarşı ciddi sanksiyalara çağırıb. Daha sonra, "Onlara lazımi silah verin ki, döyüşmək şansı qazansınlar"- deyərək əlavə edib ki, Ukraynaya silah verilməlidir./ans/