İş həyatı, avtomobilləri və sevgililəri ilə daim göz önündə olan məşhur türk milyonçusu Əli Ağaoğlu yeni sevgilisiylə yenidən gündəmdədir.

23 yaşlı Hazal Məsudiyəli 10 nəfərin dünyasını dəyişdiyi lift qəzasını ələ salıb. Sosial şəbəkə vasitəsi ilə baş verənlər ilə əlaqəli olaraq fikirlərini bildirən Hazal bunları qeyd edib: "Liftin 32-ci mərtəbədən yerə düşdüyünü eşidəndən sonra fobiyam əmələ gəldi. Liftə minməkdənsə, onuncu mərtəbəyə ayaqla çıxıb, idman edirəm".

Digər iş adamı Cengiz Mesudiyelinin qızı olan Hazalın şərhin sonuna gülüş işarəsi qoyması sosial mediada qalmaqal yaradıb. İstifadəçilər onu dünyasını dəyişən insanları ələ salmaqda günahlandırıb.

Ünvanına deyilən təhqirlər qarşısında nə edəcəyini bilməyən Məsudiyəli "Çox düşünsəm ya ağlımı itirərəm, ya da əhvalımı korlayaram" sözlərini əlavə edib./ans/