İki ildən çoxdur, beynəlxalq axtarışda olan azərbaycanlı Xakasiyada saxlanılıb.

Rusiya Daxili İşlər Nazirliyinin Xakasiya Respublikası üzrə idarəsinin yaydığı məlumata görə, 1989-cu il təvəllüdlü bu şəxs 2012-ci ilin iyulunda Bakıda xüsusilə ağır cinayət törədib. Onun haqqında cinayət işi başlanılıb. Cinayətkar hüquq-mühafizə orqanlarından gizləndiyi üçün haqqında beynəlxalq axtarış elan edilib.

Bir neçə gün əvvəl isə Beyskiy rayon istintaq əməliyyatçıları axtarışda olan şəxsin Xakasiyada ola biləcəyi ilə bağlı məlumat alıblar. OMON əməliyyatçıları ilə birlikdə onlar Dmitrievka kəndinə gəliblər və həmin şəxsin qaçma cəhdlərinə baxmayaraq onu saxlamağa müvəffəq olublar.

Hazırda həmin şəxs Abakan istintaq təcridxanasında saxlanılır. Onun Azərbaycana ekstradisiyası məsələsi həll olunur./apa/