Bakıda AMAY ticarət mərkəzində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, Bakının Nobel prospektində (keçmiş Fəhlə prospekti) yerləşən AMAY ticarət mərkəzində yanğın baş verib.

Yanğın ticarət mərkəzinin 4-cü mərtəbəsindən başlayıb.

Hazırda FHN-nın yanğınsöndürmə briqadaları yanğını söndürməyə çalışırlar.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Trend-ə bildiriblər ki, AMAY Ticarət Mərkəzində baş verən yanğınla bağlı çağırış olub: “Hazırda təcili yardımın bir briqadası hadisə yerindədir. Hələlik yanğın hadisəsi zamanı xəsarətlə bağlı müraciət edən olmayıb”.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, yanğın artıq söndürülüb. İlkin ehtimala görə, yanğın ticarət mərkəzində bağban işləyən şəxsin otağında elektrik naqillərində baş verən qısaqapanmadan baş verib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (BŞTTTYS) Trend-ə bildiriblər ki, yanğın zamanı bir nəfərə zəhərlənmə diaqnozu ilə tibbi yardım göstərilib.