Xəbər verdiyimiz kimi, İŞİD terror qruplaşmasının ekstremistləri Böyük Britaniya vətəndaşı Devid Heynsin edam videosunu yayıb.

Əvvəlki videolarda olduğu kimi bu dəfə də edam olunan ölümdən qabaq müraciət edir və öz ölümündə Britaniya baş naziri Devid Kameronu günahlandırır.

Heynsin son sözləri bunlardır: “Mənim adım Devid Kotorn Heynsdir. Mən bildirmək istəyirəm ki, mənim ölümümə tam məsuliyyəti Devid Kameron, siz daşıyırsız. Siz ABŞ-nin “İslam Dövləti”nə qarşı koalisiyasına qoşularaq, özünüzdən əvvəlki nazir Toni Bleyrin ardınca getdiniz. Britaniyalı baş nazirlərimiz arasında elə bir ürəklisi yoxdur ki, amerikanlara “yox” deyə bilsin. Təəssüf ki, bizim parlamentin eqoist qərarlarına Britaniya cəmiyyəti cavab verməlidir”.

Daha sonra Britaniya ləhcəli terrorçu edamın günahkarını Britaniyanın Peşmərgələri silahlandırmağı ilə əlaqələndirərək “Bu britaniyalı Kamerpnun müqvimətçiləri silahlandırmağa verdiyi sözün qurbanıdır. Sizin hələ də İraq müsəlmanlarını və hələ dünən “Haditha Dam”a zərbələr endirən Amerika ilə birgə şəriniz, belə sözə baxan bikon (ev iti) rolu oynaması ilə sizi və sizin xalqınızı növbəti qanlı, udulması mümkün olmayan müharibəyə sürükləyəcək” deyir və axıra kimi göstərilməyən edamı icra etməyə başlayır.

Videonun sonunda İŞİD terrorçusu növbəti qurban kimi yenə də Britaniya vətəndaşı, Heynslə birgə humanitar missiyanın üzvü olan Alan Henninqi göstərir.

Qeyd edək ki, videonun yayımlanmasından sonra YouTube portalı qanunlara zidd olduğunu iddia edərək ümumi baxışdan videonu silib. 
Britaniyada edam videosunun araşdırılması yönündə artıq komissiya yaradılıb. 

Öz növbəsində Britaniya baş naziri Devid Kemeron və ABŞ prezidenti qətli qınayaraq, günahkarların məhkəmə qarşısında cavab verəcəyini söz veriblər./ans/