“Bu il 200 dən artıq vəzifəli şəxs məhkəmə məsuliyyətinə cəlb edilib”.

Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bildirib ki, hüquq-mühafizə orqanları ilə birlikdə görülən tədbirlər nəticəsində ölkədə sabitlik bərqərar olunub, ağır cinayətlərin tam əksəriyyətinin açılması təmin edilib:

“Cari ilin oktyabrın 1-nə qədər 139 cinayət işinin istintaqını yekunlaşdırıb məhkəmələrə göndərmişik və 200-dən artıq vəzifəli şəxs məhkəmə məsuliyyətinə verilib.

Bu gün Korrupsiya Qarşı Baş Mübarizə idarəsində 125 cinayət işinin istintaqı davam etdirilir”./apa/