İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün ikinci qrup mərhələsinin oyunlarına start veriləcək.

İlkin qrup mərhələsini 4-cü yerdə başa vuran millimiz də bu gün meydana çıxacaq. Komandamız A qrupunu lider lider kimi adlayan ev sahibləri ilə üz-üzə gələcək. İlk 5 turda yalnız Dominikan Respublikasına 2:3 hesabı ilə uduzan təşkilatçı ölkənin voleybolçuları komandamız üçün çox ciddi rəqiblərdən biri sayılır.

Bari şəhərinin "PalaFlorio" salonunda baş tutacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, II qrupda hər bir yığmaların ilk mərhələdə "4-lük" komandaları ilə matçlarda qazandıqları xallar da saxlanılır..

II qrup mərhələsi

E qrupu

1 oktyabr

I tur

20:00. Dominikan Respublikası - Belçika

Bari. "PalaFlorio" salonu.

20:10. Xorvatiya - Yaponiya

Trieste. "PalaTrieste" salonu.

23.00 İtaliya - Azərbaycan

Bari. "PalaFlorio" salonu.

23:00. Almaniya - Çin

Trieste. "PalaTrieste" salonu.

Çin

3

3

0

9-2

258-204

8

Italiya

3

2

1

8-4

266-217

7

Dominikan R

3

3

0

9-6

323-303

6

Yaponiya

3

1

2

7-7

293-300

5

Belçika

3

1

2

4-6

227-226

3

Xorvatiya

3

1

2

5-8

244-296

3

Azərbaycan

3

1

2

3-8

202-250

2

Almaniya

3

0

3

5-9

281-298

2