Xalq artisti Mələkxanım Əyyubova oğlunu evləndirib. 

Xanəndənin oğlu Cəfər Nəcəfov Səadət adlı xanımla ailə həyatı qurub.

Cütlük toydan əvvəl Heydər Əliyev Mərkəzini ziyarət edib. Toyda ailənin yaxınları ilə yanaşı sənət ailəminin tanınmış simaları və sayıb-seçilən şəxslər iştirak edib. 

Qeyd edək ki, Mələkxanım Əyyubova həyat yoldaşı Xosrov Nəcəfovdur. Onlar iki oğul və iki qız olmaqla dörd övladları var. Qızların adları Məsməxanım və Hökuməxanım, oğlanların adı isə Cəfər və Nicatdır. 

Höküməxanım 26 noyabr 2014-cü ildə Natiq adlı bəylə ailə qurub. Cütlüyün Mehrim adında qızları var./ans/