Suriyada 3 ildən çoxdur davam edən vətəndaş müharibəsi artıq bir çox ölkənin daxili müharibəsinə çevrilməkdədir. Buna səbəb həmin ölkələrin vətəndaşlarının Suriyada gedən döyüşlərdə iştirak etməsidir. 

Qeyd edək ki, Suriyada prezident Bəşşar Əsədə sadiq ordu qüvvələri ilə bir neçə terror qruplaşması arasında döyüşlər gedir. 100 mindən çox insanın həlak olduğu və milyonlarla suriyalının öz evindən didərgin düşdüyü müharibədə qalib tərəf olmasa da, məğlub tərəf məhz müsəlmanlardır.

Vəhhabi ideologiyasından təsirlənən "Əl-Nusra" və "İŞİD" qruplaşmaları müsəlman və Avropa ölkələrindəki vətəndaşlardan qurban kimi istifadə edərək onları hədəfə çevrirlər. Bu qurbanların arasında əfsuslar olsun ki, Azərbaycan vətəndaşları da az deyil. 

Tanınmış süni və sələfi alimlərinin etirazına baxmayaraq həm Azərbaycan, həm dünya ölkələrindən yüzlərlə müsəlman hələ də bu qruplaşmaların tərkibində "cihad oyunu"nda iştirak edirlər. Cihad adı altında öz müsəlman qardaş və bacılarını qətlə yetirən və nəhayət terrorçuya çevrilən müsəlmanlar Suriya və İraq kimi ölkələrdə Qərb maraqlarına xidmət edirlər. 

Bu günlərdə azərbaycanlıların terror qruplaşmaları tərkibində qətlə yetirilən görüntüləri sosial şəbəkəyə yerləşdirilib. Həmin görüntünü sizlərə təqdim edirik./azadxəbər/