“Qəbələdə keçirilən beynəlxalq Foruma Ermənistandan olan gənclər də dəvət edilib”.

Bunu Modern.az-a hazırda Qəbələ şəhərində keçirilən “Nifrət nitqinə Yox hərəkatı” Forumu çərçivəsində bu kampaniyanın Avropadakı rəbəri Rui Qoneş deyib.

R. Qoneş hələlik erməni gənclərin Foruma qatılmadığını da söyləyib. 

Onun sözlərinə görə, bu forumu keçirməkdə məqsəd müharibə şəraitində yaşayan gəncləri sülhün həllində aktiv iştiraka dəvət etməkdir: “Həqiqət ən böyük diplomatiyadır.Forumda panellərimzin birini də “Nifrət niqti”nin aradan qaldırmasına həsr edəcəyik”. 

O bildirib ki, kampaniya bu ölkə gəncləri arasında sülhün bərqərar olmasına təkan verməkdir.