Bu gün Ermənistanın Gümrü şəhərinə səfər edən Ermənistan prezidenti Serj Sərkisyan xoşagəlməz olayla üzləşib.

Gümrü  jurnalistlərinin  bir  hissəsi Sərkisyanın şəhərə səfərini boykot  ediblər. Gümrü jurnalistlər klubu şurasının sədri Levon Barseğyan bu barədə məlumat verərək  bildirib:

“Boykotun əsas səbəbi Sərkisyanın ötən il seçkiqabağı verdiyi vədlərin heç birinə əməl etməməsidir. Belə ki, Gümrüdə hələ də 4000-ə qədər ailənin evi yoxdur. Kasıb ailələrin, işsizlərin və ölkəni tərk edənlərin sayı getdikcə artmaqdadır”.

“Asparez” qəzeti və saytının boykot haqqında çağırışına “Qala” televiziya  şirkəti də qoşulub. Qeyd edək ki, S.Sərkisyan Gümrüdə “Vartuhi” incəsənət məktəbinin açılışında  qırmızı lenti kəsmək üçün gəlmişdi.

Boykot edən jurnalistləri isə narahat edən odur ki, məktəbi məşhur amerikalı iş adamı və həkim Hovanes Oyunçyan öz şəxsi vəsaiti hesabına tikdirib. Sərkisyanın bu tikiliyə heç bir aidiyyatı yoxdur. Əslində  isə o, buraya öz partiyasının bayrağını nümayiş etdirərək, başqasının nailiyyətinə ortaq  olmaq  üçün  gəlib.

Prezidentin mətbuat  xidməti isə jurnalistlərin bu hərəkətinə cavab olaraq  obyektdə yerin dar olmasını bəhanə gətirib, guya, buna görə yerli jurnalistlərin  girişinə məhdudiyyətlər qoyulub./modern.az/