Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan peşmərgə dəstələrinin Kobaniyə keçməyini Obamaya özünün təklif etdiyini açıqlayıb.

Latviya səfərindən əvvəl havalimanında jurnalistlərə açıqlama verən Ərdoğan ABŞ prezidenti Barak Obamaya peşmrəgə dəstələrinin Türkiyədən Kobaniyə keçməyini təklif etdiyini bildirib:

"PYD və PKK ilə əməkdaşlığı qəbul etmirik. Amma Azad Suriya ordusu və peşmərgələrlə əməkdaşlıq edə bilərik. Türkiyənin hansı nöqtələrindən Kobaniyə keçiləcəyini isə deyə bilmərəm. Bu strateji baxımdan doğru olmaz”./modern.az/