"Qarabağ"ın Avro Liqadakı ilk qələbəsi UEFA-nın da diqqətindən qaçmayıb.

UEFA rəsmi saytında təmsilçimizin uğuru ilə bağlı məlumat yerləşdirib. Xəbərdə bildirilib ki, Muarem Muaremin möhtəşəm qolu "Qarabağ"ın qələbəsini təmin edib. 

UEFA-dan bildirib ki, "Qarabağ" UEFA qrup mərhələsində səfər qarşılaşmasında qalib gələn ilk Azərbaycan klubu adını qazanıb. 

Bildirilib ki, təmsilçimizin rəqibi "Dnepr" F qrupunda qarşılaşdığı oyunların heç birində qol vura bilməyib və hələlik qələbə qazanmayıb. "Qarabağ" isə qazandığı 4 xalla qrupda "İnter"in ardından ikinci pillədə qərarlaşıb. 

Qeyd edək ki, "Qarabağ" 6 noyabr tarixində "Dnepr"lə Bakıda qarşılaşacaq./ans/