Ümumerməni “Hayastan” Fondu Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisini Ermənistana birləşdirəcək 2-ci yoldan – Vardenis-Ağdərə yolundan videosüjet hazırlayıb.

Azərbaycanın işğal altındakı Ağdərə və Kəlbəcər rayonlarının dağlıq ərazilərindən keçəcək yol, hazırda fəaliyyət göstərən Gorus-Xankəndi yoluna alternativ olacaq.

30 milyon dollar vəsait tələb edən layihə üçün ötən il “Hayastan” Fondunun təşkil etdiyi ümumerməni telemarafonunda 22 milyon 661 min dollar vəsait tələb olunmuşdu.

Lakin bu tikinti xərclərini tam ödəmədiyi üçün bu il noyabrın 27-də keçiriləcək növbəti telemarafonda da toplanan vəsaitlər yolun tikintisinə yönələcək./modern.az/